AZ

Mikayıl Cabbarov Alkis Drakinos ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə regional direktoru Alkis Drakinos ilə görüşüb.

Far.Az xəbər verir ki, nazir bu barədə öz "X" hesabında paylaşım edib:

"Beynəlxalq maliyyə qurumları ilə səmərəli tərəfdaşlığın Azərbaycanın dayanıqlı inkişafı və investisiya mühitinin təkmilləşdirilməsində mühüm rolunu vurğuladıq. Su infrastrukturu, bərk məişət tullantılarının idarəçiliyi və digər perspektiv sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi apardıq".

Seçilən
7
1
far.az

2Mənbələr