ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu yaxınlarda Fransanın iddialı klublarından olan "Lill"in "Qarabağ" futbol klubunun oyunçusu Elvin Cəfərquliyevlə maraqlandığına dair xəbərlər yayılıb. Hətta "Lill"in Azərbaycan millisinin üzvünü gələn yayı gözləmədən qış transfer pəncərəsində heyətinə cəlb etməyə çalışacağı da iddia olunub.
News24.az-a açıqlama verən "Qarabağ" futbol klubunun mətbuat katibi Anar Hacıyev bildirib ki, Elvin Cəfərquliyevlə bağlı yayılan bu iddialar əsassızdır.
Onun sözlərinə görə, hazırda bu məsələyə vaxt ayırmaq mümkün deyil:
"Bizim qarşıda "Qəbələ" futbol klubu ilə oyunumuz var. Ardınca isə Çempionlar Liqasının əsas mərhələsində "Kopenhagen" klubu ilə üz-üzə gələcəyik. Hazırda oyunlara hazırlaşmaqla məşğuluq, digər məsələlərlə maraqlanmağa vaxtımız yoxdur".
Qeyd edək ki, Elvin Cəfərquliyevin Ağdam təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatır.
Xeyrənsə Piriyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.