AZ

13 yaşlı uşaq təyyarənin şassisində Hindistana uçub- İrana getmək istəyirmiş

13 yaşlı əfqan uşaq Əfqanıstanın paytaxtı Kabildən Dehliyə uçan sərnişin təyyarəsinin şassi hissəsində gizlənərək Hindistana gedib.

Gundem.az “The Independent”ə istinadən xəbər verir ki, “Kam Air” aviaşirkətinin təyyarəsində gizlənən yeniyetmə oğlan Dehli hava limanının uçuş-enmə zolağında aşkar edilib. 

Hindistanın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən dindirilən uşaq əməlinin səbəbini açıqlayıb və bunu sırf maraq xatirinə etdiyini bildirib. 

Onun sözlərinə görə, İrana uçmaq istəyib, lakin təyyarənin Hindistana getdiyindən xəbərsiz olub. 

O, daha sonradan eyni reyslə Kabilə qaytarılıb.

Seçilən
15
3
gundem.az

4Mənbələr