AZ

Taliban Trampın tələbini rədd etdi: Heç vaxt!

“Əfqanıstan 2021-ci ilə qədər Amerika hərbçiləri tərəfindən işğal edilmiş Baqram hərbi hava bazasının yenidən ABŞ-yə verilməsinə heç vaxt razı olmayacaq”.
Teleqraf xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin (Taliban) sözçüsü Zabihullah Mücahid bildirib.
“Baqram Əfqanıstanın bir hissəsidir. Heç vaxt sövdələşməyə və ya ərazimizin hər hansı bir hissəsinin təhvil verilməsinə razı olmayacağıq. Heç bir əfqan heç vaxt öz torpaqlarının əcnəbilər tərəfindən ələ keçirilməsinə və ya nəzarət altına alınmasına icazə verməyəcək - bir qarış belə”, - o deyib.

ABŞ Prezidenti Donald Trampın Baqram təhvil verilməsə, Əfqanıstanın başına pis şeylərin gələcəyi ilə bağlı sözlərini şərh edən Mücahid qeyd edib ki, əfqanlar artıq Amerikanın işğalı altında 20 il pis şeylər yaşayıblar.

Əfqanıstan hökumətinin nümayəndəsi əlavə edib ki, Kabil balanslaşdırılmış xarici siyasət yürüdür və həm ABŞ, həm də Çinlə münasibətləri inkişaf etdirmək istəyir.

2001-2021-ci illərdə Baqram aerodromu Əfqanıstanda ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ən böyük bazası olub. 2021-ci il iyulun 1-də amerikalılar aviabazanı tərk ediblər, avqustun 15-də isə Talibanın nəzarəti altına keçib.
Seçilən
2
2
sherg.az

3Mənbələr