"Nadir yeganə müğənnidir ki, mənim arxamda durdu".
Bu sözləri Xalq artisti Ağadadaş Ağayev ARB televiziyasına müsahibəsində deyib.
"Nadiri bütün müğənnilərdən fərqləndirirəm. Adı necədirsə, özü də elə insandır. O nadir müğənnidir ki, mənim arxamda durdu. Ona görə də ona gözəl ömür arzu edirəm. Qoy onun balaları da xoşbəxt olsun və uzun, sağlam həyat yaşasınlar" deyə Xalq artisti bildirib.