AZ

Ərdoğan: “Tramp administrasiyası ilə təmaslar intensivləşib”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsində inkişafı üçün səylərin davam etdirildiyini bildirib.

Turkustan.az xəbər verir ki, o, qeyd edib ki, “Prezident Trampın ikinci dönəmində administrasiyanın bütün səviyyələri ilə təmaslarımız intensivləşdi və qurumlarımız arasında konstruktiv dialoq daha da sürətlənməyə başladı.”

Ərdoğan bu fikirləri Nyu Yorkda Rokfeller Mərkəzində keçirilən və Türk-Amerika Milli Rəhbər Komitəsi tərəfindən təşkil olunan şam yeməyi zamanı səsləndirib.

Çıxışı zamanı o, Amerikadakı türk icmasının həmrəylik və birlik ruhu ilə hərəkət etməsindən məmnun olduğunu ifadə edərək deyib:

“Bu gün Amerikanın müxtəlif bölgələrindən kilometrlərlə yol qət edərək burada yanımızda olmağınızı, aramızdakı könül birliyinin ən gözəl təzahürü kimi dəyərləndirirəm. Bu birlik ruhunun yaşadılmasına töhfə verən bütün vətəndaş cəmiyyəti təşkilatlarını təbrik edirəm.”

Prezident, Amerikada yaşayan türk icmasının ölkənin ictimai, siyasi, iqtisadi və akademik həyatında getdikcə daha fəal iştirak etdiyini qeyd edərək əlavə edib:

“Bilməyinizi istəyirəm ki, biz sizin uğurlarınızla – xüsusilə də bu salonda olan dostlarımızın nailiyyətləri ilə – qürur duyuruq. Mən sizin hər birinizi zəhmətinizə, əzminizə və mübarizənizə görə ürəkdən təbrik edirəm. Amerikaya müxtəlif səbəblərlə gəlmiş bir qardaş kimi bu reallığı yaxşı anlayıram.”

“Siz Türkiyə ilə ABŞ arasında qurduğunuz əlaqələrlə yanaşı, ikinci vətəniniz olan Amerikanın iqtisadi və sosial həyatında mühüm rol oynayırsınız. Bundan əlavə, Amerika ictimaiyyətinə ölkəmizi, mədəniyyətimizi və sivilizasiya dəyərlərimizi tanıtmaqda bir körpü rolunu oynayırsınız.”

Ərdoğan vurğulayıb ki, Türkiyə dövləti olaraq, diasporda yaşayan vətəndaşların fəaliyyətlərinə daim dəstək verilir:

“Bilirsiniz ki, burada gördüyünüz işlərdə biz hər zaman yanınızdayıq. Nümayəndəliklərimiz və əlaqədar qurumlarımız vasitəsilə sizə dəstək olmaqda qərarlıyıq. İnşallah, hər sahədə Türk-Amerika icmasına dəstəyimizi artıraraq davam etdirəcəyik.”

Aytən Yaşar/ Turkustan.az

Seçilən
2
1
turkustan.az

2Mənbələr