AZ

Ödəniş şirkətinin kapitalı kəskin artırılıb

Lisenziya ilə çalışan ödəniş şirkəti “Multi Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti əvvəlki 500 min manat olan kapitalı 970 min manata yüksəldilib.

Banker.az xəbər verir ki, şirkətin kapitalı 470 min manat artaraq, təxminən 94% yüksəlib.

“Msolution.az” platformasına sahib olan bu şirkət 2024-cü ilin sentyabrında Mərkəzi Bankdan lisenziya əldə edib. Ona ödəniş əməliyyatının ekvayrinqi; ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti və hesab üzrə məlumat xidməti üzrə lisenziya verilib.

Seçilən
21
banker.az

1Mənbələr