AZ

Direktor gül yerinə pul istəyir Araşdırma başladı İDDİA

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Bakının Nizami rayonundakı Kamil Əyyubov adına 12 nömrəli məktəbin direktoru ilə bağlı sosial şəbəkələrdə narazılıqlar yayılıb.

Milli.Az xəbər verir ki, iddialara görə, direktor valideynlərdən müəllimlər üçün gül yerinə pul gətirmələrini tələb edir.

Şikayətlərdə həmçinin bildirilir ki, ibtidai sinif müəllimləri Təranə və Məlahət şagirdlərə iş dəftəri və gündəliyi yalnız məktəbdən almağı şərt qoyurlar.

"12 nömrəli məktəbin direktoru Kamran İsalı məktəb başlayan gün tapşırıb ki, uşaqlara müəllimlərə gül yerinə pul gətirin, təsəvvür edin müəllimə Ziyarətdən gəlib buna görə pul yığırlar. İbtidai sinif Müəllimələri Təranə və Məlahət adlı şəxslər məcburi uşaqlara 10 manata iş dəftəri, 2 manata gündəlik satırlar. Direktor qayda qoyub, bunları başqa yerdən almaq olmaz ancaq məktəbdən", - deyə məlumatda qeyd olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə əlaqədar araşdırma aparılacağını bildirib.

Qurum qeyd edib ki, təhsil ocaqlarında belə halların qarşısının alınması və müəllimlərə dair davranışların qanun çərçivəsində tənzimlənməsi əsas prioritetlərdəndir.

Asya

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
news.milli.az

3Mənbələr