ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Qırğızıstanın Alamudun rayonunun Kara-Jıqaç kəndindəki sement zavodunda üç nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə Çuy vilayətinin Daxili İşlər İdarəsi məlumat yayıb.
Alamudun Rayon Daxili İşlər Şöbəsinə "NB" MMC-nin ərazisində insanların beton konstruksiyaların altında qalması barədə məlumat daxil olub. Hadisə yerinə əməliyyat-istintaq qrupu göndərilib. Məlum olub ki, betonqarışdıran qüllə quraşdırılan zaman yaxınlıqdakı binanın üzərinə düşüb və onu əzib. İçəridə biri əcnəbi olmaqla üç işçi olub, onların hamısı ölüb.
Faktla bağlı cinayət işi açılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.