AZ

"Atamı axirətdə belə bağışlamayacağam" - Video

Müğənni Şəbnəm Tovuzlu doğma atası ilə küsülü olduğunu açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi "Rəngarəng" proqramında bu haqda söz açaraq, bunları deyib:

"Atamla danışımıram, mənə vacib də deyil. Bir tək anama heyfim gəlir. Başqa heç nəyə... Bağışlamıram, bağışlamayacağam da. Axirətdə də onu bağışlamayacağam. Mənim atam var, o da Ələddindir. Məni xalam və həyat yoldaşı böyüdüb. O qədər böyük bir nəsildə böyümüşəm ki...

Mənə o nəsildən maraqlı heç kim yoxdur. Mən də onlara maraqlı deyiləm, ehtiyacım da yoxdur". 

Qeyd edək ki, Ələddin Şəbnəmin doğma atası deyil. İfaçı 1 yaşında olarkən anasını itirib və onu xalası ilə həyat yoldaşı saxlayıb. Şəbnəm uzun illər onları doğma valideyn bildiyini deyib. 

Seçilən
0
12
sitat.info

10Mənbələr