AZ

Peskov Polşanın Rusiya ilə bağlı xəbərdarlığına CAVAB VERİB

Kreml Polşa xarici işlər naziri Radoslav Sikorskinin Rusiya raket və ya təyyarələrinin NATO hava məkanını keçəcəyi təqdirdə vurulacağı ilə bağlı xəbərdarlığını şərh edib.

Qaziler.az bu barədə RİA “Novosti”yə istinadla xəbər verir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskvada bu cür açıqlamalar birmənalı qarşılanmır.

"Təyyarələrimiz beynəlxalq qaydaları rəhbər tutur və onları heç bir şəkildə pozmur. Təyyarəmizə qarşı müəyyən sərhədləri pozması ilə bağlı hər hansı ittihamlar heç vaxt etibarlı məlumatlar və ya inandırıcı arqumentlərlə dəstəklənməyib", - Peskov qeyd edib.

BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Sikorski qeyd edib ki, Polşa və müttəfiqləri sərhəd pozuntularına dözmək niyyətində deyillər və insident baş verərsə, Rusiya şikayət etməməlidir. O, həmçinin əlavə edib ki, “imperiyalar dövrü bitib” və Rusiyanın “imperiyası” bərpa olunmayacaq.

QAZİLER.AZ

Seçilən
4
qaziler.az

1Mənbələr