"Franche Football"ın baş direktoru Vinsent Qarsiya "Qızıl top"un səsverməsindən danışıb.
QOL.az xəbər verir ki, o, səsvermədə qalib olan Usman Dembele ilə rəqabət aparan oyunçunun olmadığını deyib:
"Açığını desəm, rəqabət yox idi. Usman böyük fərqlə qalib gəldi. O, bizim münsiflər heyətinin əhəmiyyətli hissəsinin dəstəyini qazandı.
"Dembele bütün qitələrdə - Afrika, Avropa, Cənubi və Şimali Amerikada səsverməni böyük fərqlə qazandı. O, "Qızıl top"un şəksiz qalibidir".