AZ

Kamala Harris Trampı "tiran" adlandırdı

ABŞ-ın keçmiş vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə keçmiş namizəd Kamala Harris MSNBC telekanalına müsahibəsində Donald Trampı "tiran" adlandırıb.

HİT.az xəbər verir ki, Harrisin fikrincə, Trampın ABŞ prezidenti kimi davranışı seçilmiş məmurdan daha çox "tiranı" xatırladır.

"Demokratiya kapitalizmi dəstəkləyir. Kapitalizm demokratiyada inkişaf edir. İndi isə biz bir tiranla qarşılaşırıq. Biz demokratiyamızın gücünü kommunist diktatorlarla müqayisə edirdik. Donald Trampın dövründə məhz bununla qarşılaşırıq", deyə Harris qeyd edib.

O, həmçinin böyük Amerika biznesinin Trampa təslim olmasından məyus olduğunu vurğulayıb. Harris, uzun illər özəl sektorla sıx əməkdaşlıq etdiyini və həmişə kritik vəziyyətlərdə bu sənaye titanlarının " Amerika demokratiyasını qoruyacağına və demokratik təsisatları dəstəkləyəcəyinə inandığını, lakin onlar susduqlarını açıqlayıb.

Sentyabrın 8-də Los Angeles Times qəzeti LAPD-nin Harrisin təhlükəsizliyini təmin etməyi dayandırdığını bildirib. Harrisin təhlükəsizliyini ABŞ Məxfi Xidməti təmin edirdi. Qəzetin yazdığına görə, Məxfi Xidmət tənzimləmənin tənqidindən sonra bu məsuliyyətdən azad edilib.

Samir
 

Seçilən
100
hit.az

1Mənbələr