AZ

SOCAR “Italiana Petroli” ilə imzalanan müqavilənin detallarını açıqlayıb

Bakı. Trend:

SOCAR İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan“Italiana Petroli” (IP) şirkətinin 99,82% səhmlərinin “APIHolding”dən alınması barədə saziş imzalayıb.

Trendxəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, əməliyyatın ənənəvi bağlanış şərtlərindən vəmüvafiq tənzimləyici təsdiqlərdən asılı olaraq, 2026-cı ilinbirinci rübündə tamamlanması gözlənilir. Saziş SOCAR-ın 2024-cüilin dördüncü rübündən iştirak etdiyi rəqabətli “M&A”prosesinin nəticəsidir.

“Italiana Petroli” İtaliyanın ən böyük inteqrə olunmuş“downstream" platformalarından biridir. Şirkət ölkə üzrə minlərləyanacaqdoldurma məntəqəsinə, ildə təqribən 10 milyon ton emalgücünə malik iki neft emalı zavoduna, bitum, aviasiya yanacağı vəsürtgü yağları kimi xüsusi məhsulların satışına və bütün ölkəniəhatə edən logistika sisteminə malikdir.

Şirkət təcrübəli yerli idarəçi komanda və təhlükəsizlik,uyğunluq və səmərəliliyə diqqəti ilə tanınan peşəkar işçi heyətitərəfindən idarə olunur, müştərilər və fəaliyyət göstərdiyi icmalararasında güclü reputasiyaya sahibdir. SOCAR IP-nin möhkəm bazarmövqeyini, nüfuzunu qorumaq və daha da gücləndirmək üçün şirkətkomandası ilə əməkdaşlığı davam etdirməyi, həmçinin müştərilərə,tərəfdaşlara və maraqlı tərəflərə yüksək keyfiyyətli xidmətlərinfasiləsiz çatdırılmasını təmin etməyi planlaşdırır. SOCAR işçiqüvvəsini azaltmayacaq və şirkətin strategiyasına uyğun olaraqətraf mühitə hörmət onun İtaliyadakı fəaliyyətində prioritetistiqamət olacaq.

Bu satınalma SOCAR-ın Avropa enerji bazarında mövcudluğunungenişləndirilməsi istiqamətində mühüm mərhələdir və Azərbaycanınİtaliya ilə ikitərəfli iqtisadi və enerji əlaqələrininmöhkəmləndirilməsinə, eyni zamanda Avropa regionunun enerjitəhlükəsizliyi və dayanıqlı inkişafına töhfə vermək öhdəliyini əksetdirir.

“API Holding” detallı seçim prosesindən sonra SOCAR-ıninstitusional profili və biznes sahəsindəki zəngin təcrübəsinəticəsində IP-dəki bütün payını satmaq qərarını verdi. “APIHolding” hesab edir ki, etibarlı nüfuza malik beynəlxalq sənayeqrupuna satış IP-yə illər ərzində mövcud idarəetmənisəciyyələndirən mükəmməllik axtarışını davam etdirməyə imkanverəcək, korporativ istedadların dəyərləndirilməsi, Qrupun qlobalmiqyasda mövqeyinin möhkəmləndirilməsi və Aralıq dənizində stratejimərkəz kimi missiyasının təsdiqlənməsi ilə müşayiət olunacaq.

SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib:

“Italiana Petroli”nin alınması beynəlxalq diversifikasiyastrategiyamızın həyata keçirilməsində mühüm addımdır. Bu,rəqabətədavamlı, innovativ və sosial məsuliyyətli biznesininkişafına uzunmüddətli sadiqliyimizi göstərir, Avropanın enerjitəhlükəsizliyinə töhfə verir və Azərbaycanla İtaliya arasındatərəfdaşlığı daha da gücləndirir”.

Sədr Uqo Braketti Peretti bəyan etdi:

“IP yanacaq sektorunda ölkə səviyyəsində istinad nöqtəsi olub vəqalmaqda davam edir, həmçinin İtaliyada mobillik və enerjitəhlükəsizliyi əsas aktordur.

90 ildən artıq müddətdə İtaliyanın önəmli şirkətlərindən birinəçevrilmiş bu quruma rəhbərlik etdikdən sonra biz gələcək sahiblərəbilik, qeyri-adi peşəkarlar, zəngin təcrübə və innovasiya etməkdəmüstəsna bacarıqdan ibarət möhkəm bir miras buraxmaqdan qürurduyuruq.

İdarə heyətinə və bütün əməkdaşlara səmimi təşəkkürümüzü ifadəedirik. Onların səmərəli fədakarlığı sayəsində əla nəticələrimizreallığa çevrildi və bu şirkət bazarda əsas oyunçulardan birinəçevrilərək yüksək səviyyəli beynəlxalq qurumlardan investisiyalarcəlb etmək gücünə malik oldu.”

Məqalədə:
Seçilən
6
15
az.trend.az

10Mənbələr