AZ

Masallıda antik dövrə aid küp tapıldı

Masallı rayonunun Eminli kəndi ərazisində xilasetmə tədbirləri nəticəsində antik dövrə aid küp məzarı tapılıb və tədqiq edilib.

Kulis.az xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Antroplogiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, institutun aparıcı elmi işçiləri, dosent Anar Ağalarzadə və Dmitriy Kiriçenkonun apardığı qazıntılar zamanı üzə çıxıb. Bu maraqlı dəfn abidəsi düzən sahədə 40 sm dərinlikdən tapılıb.

Qeyd edək ki, küpün içərisindən çoxlu sayda müxtəlif tipli və ölçülü muncuqlar və skeletin qulağında bir cüt, üzərində qaynaqlama üsulunda üzüm təsviri formasında hazırlanmış qızıl sırğalar tapılıb.

Seçilən
16
kulis.az

1Mənbələr