"Prezident İlham Əliyev iqtisadi güc faktorundan məharətlə istifadə edərək Azərbaycanın regional qüdrətini və Cənubi Qafqazda liderliyini tamamilə təmin etdi. Dünyada dərin kök salmış ədalətsizlik və ikili standartlar mühitində ölkəmizə qarşı haqsızlıqlara rəğmən beynəlxalq təzyiqlərə əzmkarlıqla sinə gərərək düşmən üzərində parlaq qələbə qazandı və bu zəfəri həm də diplomatik meydanda təmin etdi. Zəfərimizin son akkordu olan Xankəndi əməliyyatlarının tariximizdə siyasi rəmz mənası isə Ulu Öndərin müqəddəs arzularının, vəsiyyətlərinin məhz "Heydər Əliyev İli"ndə tamamlanmasıdır. Xankəndi Zəfəri "Heydər Əliyev İli"nə ən böyük töhfə olmaqla, Ulu Öndərin vəsiyyətini də bütövləşdirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev deyib: "Hazırda "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur. Azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. Qarabağda təhsil ənənələrinin bərpası və yenidən təşkili məqsədilə ilk addım kimi Qarabağ Universiteti təsis edilib. 2024-cü il sentyabrın 19-da Xankəndinə səfəri çərçivəsində Prezident İlham Əliyevin Qarabağ Universitetinin və tələbə yataqxanasının təmirdən sonra açılışına qatılması, yeni təhsil müəssisəsinin müəllim və tələbə heyəti ilə görüşü, onların önündə çıxışı isə Xankəndinin həyatında əsl dönüş mərhələsinin başlanması kimi yadda qaldı. Qarabağ Universitetinin qapıları 36 ildən sonra azərbaycanlı tələbələrin üzünə açıldı. Bununla da Xankəndinə ilk köç başladı, şəhərin doğma sakinləri isə mərhələli şəkildə öz evlərinə qovuşacaqlar".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31