AZ

“Yaxın Şərqdə İranın dəstəyi ilə yaranan qruplar xalqı əziyyətə salır” HƏRBİ EKSPERT

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Yaxın Şərqdə baş verən demək olar ki, bütün münaqişələrin kökündə İran İslam İnqilabı Keşikçiləri Korpusu dayanır. Həmasın, Hizbullahın, Husilərin və Suriyadakı təriqət tayfalarına aid silahlı birləşmələrin maliyyələşdirilməsi və silahlandırılması əsasən Sepah tərəfindən həyata keçirilib”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

“İran tərəfindən maliyyələşdirilən silahlı birləşmələrin dominantlıq etdiyi ölkələrdə – o cümlədən İranda, Suriyada, Livanda, İraqda və Yəməndə – müsəlmanlar xoşbəxt olmayıb və bu gün də özlərini xoşbəxt hiss etmirlər. Həmin səbəbdən Həmas və Hizbullah kimi bir çox qruplaşmalar bir sıra dövlətlər tərəfindən terror təşkilatı kimi tanınıb. Bu qruplaşmaların silahlandırılması sadə müsəlman əhalinin davamlı olaraq ağrı və acı çəkməsinə səbəb olub və prosesin sonu hələ görünmür.

Bütün dünya, o cümlədən Azərbaycan, İsrail və Fələstin arasında münaqişənin iki dövlətli həll yolu ilə davam etməsinin tərəfdarıdır. Lakin indiki dövrdə insan həyatını heçə sayan, istənilən şəxsi terrorçu, satqın və xain adlandıraraq insanların gözü qarşısında güllələyən Həması dəstəkləmək Fələstin əhalisinin gələcək taleyini ciddi təhlükəyə atır və onların gələcəyini qaranlıq göstərir”.

Ekspert bu məsələdə Həmasın, Hizbullahın, Husilərin və digər silahlı birləşmələrin dəstəklənməsini Azərbaycan ərazilərindəki keçmiş separatçı rejimə aid qüvvələrin dəstəklənməsi ilə eyni çərçivədə qiymətləndirir:

“Əgər Həmas 7 oktyabrda İsrail ərazilərinə hücum etməsəydi, bəlkə də bu proses bu gün 10 minlərlə Fələstinin həlak olması ilə nəticələnməzdi. Mən heç bir halda İsrailin Fələstində törətdiklərini haqq qazandırmıram.

Biz insanların qan tökülməsinin, xüsusilə uşaqların, qadınların və qocaların həlak olmasının tamamı ilə əleyhinəyik. Lakin Həmas, Hizbullah və digər qruplaşmalar İranın dəstəyi ilə İsrailə qarşı silahlı hücumlar həyata keçirirsə, bunun təbii qarşılığı olacaq və Həmasın sıx yaşanan mülkü ərazilərdə yerləşməsi mülkü insanlar üçün əlavə risklər yaradır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
icma.az

1Mənbələr