AZ

"Fənərbağça" prezidenti futbolçularla görüşəcək

"Fənərbağça" Klubunda keçirilən fövqəladə seçki ilə prezident seçilən Sadettin Saran bu gün bazada komanda ilə bir araya gələcək.


Manset.az-ın məlumatına görə, UEFA Avropa Liqasında sabah Xorvatiyanın "Dinamo Zagreb" komandası ilə qarşılaşacaq  komanda, bu gün son məşqini Fənərbağça Can Bartu Bazasında keçirəcək və ardından xüsusi təyyarə ilə Xorvatiyaya yola düşəcək.

Klub rəsmilərindən alınan məlumata görə, prezident Sadettin Saran məşqdən sonra Can Bartu Bazasında futbolçularla görüşəcək.  "Dinamo Zagreb" oyunu öncəsində komandaya uğurlar arzulamaq üçün bazaya gedəcək olan Saran, komandanı Xorvatiyaya yola salacaq.

Seçilən
1
manset.az

1Mənbələr