AZ

“Bakı Metropoliteni” vaqonlar üçün təkər cütləri alır – 1.6 milyon xərclənəcək

 

“Bakı Metropoliteni” QSC-nin istismarında olan “81-717/714 və 81-760/763.Б” seriyalı vaqonlar üçün təkər cütlərinin alınmasına 1 626 313 AZN sərf edəcək.

 

Pravda.az xəbər verir ki, QSC və satışı həyata keçirəcək “Oktyabrskiy Elektrovaqonoremontnıy Zavod” SC arasında müqavilə bağlanıb.

 

Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 23 Sentyabr 2025, 13:27   
Seçilən
1
pravda.az

1Mənbələr