AZ

  “Qəbələ Yazarlarına Dəstək“ ictimai birliyi layihəsinin 10-cu təlimini keçirib - FOTOLAR

“Qəbələ Yazarlarına Dəstək“ ictimai birliyi “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsinin növbəti 10-cu təlimini keçirmişdir.

QHT.az xəbər verir ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində  “Qəbələ Yazarlarına Dəstək” ictimai birliyi  Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  2025-ci il qrant  müsabiqəsində  qalib gələn   “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsi  üzrə növbəti təlimini keçirmişdir. Agentliyin maddi  dəstəyi ilə 19.09.2025-ci il   tarixdə verilmiş əlavə  vaxtda  keçirilən 10-cü   təlimdə  25 nəfər  gənc iştirak etmişdir.

Təlimçi  10-cu təlimin mövzusu olan  “Dramatik növ: faciə,dram, komediya  barədə  danışaraq  dramatik növlərin spesifik əlamətlərini qeyd etdi. Səhnə əsəri olaraq dram əsərlərinin   səhnə əsəri olduğunu və  səhnə əsərləri üçün vacib olan məqamları qeyd edərək bildirdi ki, dram əsərləri istər faciə, istər  komediya və istərsə də  dram əsəri olsun əsas  vacib sahə səhnə, aktyor və tamaşaçının  olduğunu qeyd etdi. Səhnə əsəri birbaşa səhnədə oynanılır. Bunun üçün də tamaşaçı və aktyor arasında  çanlı bağlantı qurulur.  Səhnə əsərləri səhnədə oynanılan zaman  tamaşaçı o qədər səhnəyə  diqqət ayırır ki, hətta özünü unudur.

Təlimçi eyni zamanda Gorifey sənətkarların adlarını çəkdi  və onların səhnə   talelərindən söhbət açdı, onların yaratdığı səhnə əsərlərinin  illərlə yaddaqalan olduğunu vurğuladı. Azərbaycan yazılı ədəbiyyatında  dramatik növün əsasının Mirzə Fətəli Axundzadənin  adı ilə bağlı olduğunu bildirdi  və onun  “Hekayəti-molla İbrahimxəlil kimyagər” əsərindən  misallar gətirdi. Azərbaycan Dramaturgiyasında tanınmış  dramaturqların adlarını  iştirakçıların nəzərinə çatdırdı. Gənclərə tövsiyə etdi ki,  öz xalqımızın görkəmli insanlarının keçdiyi   yolu  öyrənin , dilimizin saflığı, kənar sözlərdən təmizlənməsi   və qorunması üçün gələcəkdə öz töhfənizi verməyə çalışın.

 Çay, kofe  fasiləsindən sonra- təlimin sonunda  iştirakçılara Layihə Rəhbəri Rəna Mahmudova, Təlimçi  Fəxrəddin Babayev  və  Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin  təlim-tərbiyə işləri üzrə direktor müavini Reyhan xanım  Məmmədovanın   iştirakı ilə  sertifikatlar təqdim edildi.

Seçilən
9
1
qht.az

2Mənbələr