AZ

Yeni iPhone 17-lərdə üzə çıxan PROBLEM

Yeni iPhone 17, iPhone Air, iPhone 17 Pro və iPhone 17 Pro Max istifadəçiləri simsiz şəbəkələrdə nasazlıqlar müşahidə edirlər.

Smartfonlar vaxtaşırı Wi-Fi bağlantısını itirir və əlaqə yalnız cihazın kilidi açıldıqdan sonra bərpa olunur.

Bu vəziyyət avtomobillərdə Wi-Fi üzərindən işləyən CarPlay xidmətinə də təsir göstərir. Nəticədə bəzi istifadəçilər səfər zamanı xidmətin qəfil sönməsi ilə üzləşiblər.

İstifadəçilərin bir qismi bildirir ki, nasazlıqlar qolunda kilidi açılmış “Apple Watch” olduqda daha çox baş verir. Lakin hələlik bunun birbaşa smartfonlarla əlaqəli olub-olmadığı məlum deyil.

iPhone 17 seriyasındakı bütün modellər Bluetooth və Wi-Fi bağlantılarına cavabdeh olan yeni Apple N1 çipi ilə təchiz olunub. Mütəxəssislərin qiymətləndirməsinə görə, problem proqram təminatı ilə bağlıdır və böyük ehtimalla yaxın iOS yeniləməsində aradan qaldırılacaq.

iPhone 17 seriyası 9 sentyabrda təqdim olunub və 19 sentyabrda satışa çıxarılıb.

Seçilən
1
1
moderator.az

2Mənbələr