Vətəndaş Telli İsmayılovanın əmək müqaviləsinə xitam verilib. Buna səbəb isə əmək məcəlləsinə görə, 65 yaşı tamam olan şəxslərin pensiyaya çıxmasıdır.Vətəndaş redaksiyamıza müraciət edərək bildirib ki, 1981-ci il oktyabr ayının 1-dən 3 Sentyabr 2025-ci il tarixə qədər Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Nərimanov rayon şöbəsində Bakterioloji laboratoriyasında feldşer-laborant vəzifəsində işləyib. 3 Sentyabr 2025-ci il tarixində 65 yaşım tamam olduğu üçün işdən azad olunmağımla bağlı qərar verilib.Həyat yoldaşı Ramiz Yaqubov 1992-ci ildə 1-ci Qarabağ müharibəsinin veteranıdır, Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanıb və əmək qabiliyyətini itirib. Aşağı və yuxarı ətrafin iflici diaqnozu ilə 1 -ci qrup əlildir. Bununla yanaşı Ramiz Yaqubov ali təhsilli həkimdir və o zaman müharibəyə könüllü şəkildə gedib.Telli İsmayılova bildirir ki, bu vaxta qədər ailədə tək özü işləyib. Hazırda ona 381 manat pensiya məbləği təyin edilib. Yoldaşının müalicə və dərman xərlcləri çox olduğundan ciddi maddi sıxıntılarla üzləşib.Telli İsmayılova müqavilənin müddətinin uzadılması ilə bağlı öncə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin rəhbərliyinə daha sonra səhiyyə naziri Teymur Musayevə müraiət edib. Lakin müraciəti cavabsız qalıb.Telli İsmayılova əmək müqaviləsinin müəyyən vaxta kimi arıtırlmasını istəyir.Bəs 65 yaşı tamam olmuş şəxslər hansı hallarda işləməyə davam edə bilərlər?Azərbaycanda 65 yaşına çatmış işçilərin əmək müqaviləsinə xitam verilir. Lakin bəzi sahələrdə və ya müəyyən şərtlər daxilində bu yaş həddini keçmiş şəxslərin iş fəaliyyətini davam etdirməsi mümkündür. Bu, xüsusilə təcrübəli kadrların saxlanması, sahə üzrə mütəxəssislərin çatışmazlığı və ya xüsusi razılaşmalarla bağlı ola bilər.Azərbaycan qanunvericiliyinə görə 65 yaşı tamam olan şəxslə əmək müqaviləsi hansı hallarda uzadıla bilər? Bu məsələdə istisnalar və ya xüsusi şərtlər varmı?Cavab: Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edir:“Bu normaya əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyən edilib. Həmin maddənin 2-ci bəndinə əsasən isə 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına isə yol verilmir”.Ancaq elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən yuxarıda qeyd etdiyimiz müddətdən artıq da uzadıla bilər.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta