AZ

"Bığsız Hitler" - Rusiyadan Polşaya reaksiya

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanı hədələməklə faşist Almaniyasının lideri Adolf Hitlerin taleyini təkrarlamaq riski ilə üzləşir.

"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlev deyib. 

Juravlevin sözlərinə görə, diplomat kliniki rusofobdur: "Əminəm ki, "bığsız Hitler"in sonu onun prototipi kimi olacaq. Nəzərinizə çatdırım ki, o, sovet qoşunlarının əslində onun iqamətgahına çox yaxın olduğunu qəflətən aşkar edəndə intihar etdi. Klinik rusofob olan Sikorski çətin ki, vəziyyəti aydın şəkildə qiymətləndirə bilsin və yalnız ölkə daxilindəki vəziyyəti pisləşdirir". 

Ağarza Elçinoğlu 

Seçilən
3
2
unikal.az

3Mənbələr