BAKI, 23 sentyabr. TELEQRAF
“Rusiyada ölüm hökmünün bərpası qeyri-mümkündür və hökumətin bu məsələdə mövqeyi birmənalıdır”.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Baş prokuroru İqor Krasnov deyib.
“Mənim fikrim birmənalıdır: bu, mümkün deyil və dövlətin bu məsələdə mövqeyi qətidir. Bu, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin fundamental qərarlarına əsaslanır”, - o qeyd edib.