AZ

Nazir: Fermerlərimizi dəstəkləyən bir neçə proqram həyata keçiririk  

Azərbaycan tədqiqat və inkişafa böyük sərmayə qoyur.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, iqlim dəyişikliyinə uyğun həllər tapmaq, məhsuldarlığı ildən-ilə artırmaq üçün nazirliyin müxtəlif məhsullar üzərində çalışan bir neçə tədqiqat institutu var.

“Təhsil sahəsində isə Azərbaycan Dövlət Aqrar Universiteti fəaliyyət göstərir. Azərbaycanda kənd təsərrüfatı vergidən azaddır. Əslində bu, bizdə olan ən dəyərli üstünlüklərdən biridir. Azərbaycana idxal olunan kənd təsərrüfatı avadanlıqları, kənd təsərrüfatı texnikası, suvarma sistemləri gömrük rüsumundan tam azaddır. Onlar, həmçinin ƏDV-dən də azaddır. Bu isə kənd təsərrüfatına sərmayəni çox mühüm və cəlbedici edir. Biz fermerlərimizi dəstəkləyən bir neçə proqram həyata keçiririk”, - deyə nazir qeyd edib.

Seçilən
3
3
azerbaijan-news.az

4Mənbələr