AZ

Yamalın atası: Oğlum dünyanın ən yaxşı futbolçusudur

"Barselona"nın yarımmüdafiəçisi Lamine Yamalın atası Mounir Nasraoui oğlunun "Qızıl top"un səsverməsində ikinci yeri tutmasına münasibət bildirib .

Operativ Media xəbər verir ki, səsvermənin qalibi PSJ-nin hücumçusu Usman Dembele olub.

"Düşünürəm ki, Lamin Yamal bu gün böyük fərqlə dünyanın ən yaxşı oyunçusudur. O, mənim oğlum olduğuna görə demirəm, sadəcə o, dünyanın ən yaxşı oyunçusudur. Düşünürəm ki, onun heç bir rəqibi yoxdur. Oğurluqdan danışmaq istəmirəm, amma insana vurulan mənəvi zərər. Burada qəribə bir şey olduğunu söyləmək lazımdır", - deyə o qeyd edib.

18 yaşlı futbolçu "Qızıl top" üçün səsvermədə ikinci olub və " İlin gənc futbolçusu" mükafatını qazanıb. 2024/25 mövsümündə yarımmüdafiəçi bütün yarışlarda "Barselona"nın heyətində 55 matçda 18 qol vurub və 25 məhsuldar ötürmə edib. O, komanda ilə İspaniya çempionluğunu və İspaniya kubokunu qazanıb.

Seçilən
11
operativmedia.az

1Mənbələr