AZ

ABŞ İran rəsmilərinə Nyu Yorkda alış-veriş qadağası qoydu

BMT Baş Assambleyasının iclasında iştirak edən İran rəsmilərinə ABŞ tərəfindən lüks mağazalara və topdan satış yerlərinə giriş qadağan olunub.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

Məlumata görə, ABŞ Nyu Yorkda BMT Baş Assambleyasına qatılan İran nümayəndə heyətinin hərəkətinə sərt məhdudiyyətlər tətbiq edib.

Dövlət Departamentinin sözçü müavini Tommi Piqot bildirib ki, bu addım İranın dini rəhbərliyinə maksimum təzyiq göstərmək məqsədi daşıyır.

“Bu rejim öz rəsmilərinə xaricdə lüks həyat yaşamağa imkan verir, amma adi iranlılar yoxsulluq, dağılmış infrastruktur, su və elektrik qıtlığı ilə üzləşirlər”, - deyə Piqot bəyan edib.

ABŞ Dövlət katibi Marko Rubionun göstərişi ilə İran nümayəndə heyətinin yalnız rəsmi tədbirlər üçün otelləri ilə BMT-nin mənzil-qərargahı arasında hərəkət etməsinə icazə verilib.

İranın Xarici İşlər Nazirliyi bu məhdudiyyətlərlə bağlı şərh verməyib.

Seçilən
2
2
axar.az

3Mənbələr