AZ

Qan şəkərinə nəzarət üçün ən faydalı tərəvəzlər açıqlandı

Avstraliyanın Edith Cowan Universitetinin alimləri müəyyən ediblər ki, brokoli və kələm kimi xaçpərəst tərəvəzlər qan şəkərinin idarə olunmasında kök tərəvəzlər və balqabaqdan daha təsirli rol oynayır.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu “Journal of Nutrition, Health and Aging” (JNHA) jurnalında dərc olunub.

Tədqiqatda şəkərli diabeti olmayan, lakin yüksək qan təzyiqi müşahidə edilən böyüklər iştirak ediblər. Onlar iki mərhələdə – əvvəlcə brokoli, kələm və gül kələm, daha sonra isə yerkökü, kartof, şirin kartof və balqabaq istehlak ediblər. İştirakçılar portativ qlükoza ölçən cihazlarla təchiz olunub və nəticələr real vaxt rejimində izlənilib.

Məlum olub ki, xaçpərəst tərəvəzlər yeməkdən sonra və gün ərzində qan şəkərində kəskin dəyişikliklərin qarşısını alır, beləliklə də daha sabit səviyyə təmin edir.

Alimlərin sözlərinə görə, hazırda dünyada 541 milyon insan qeyri-sabit qan şəkəri problemi ilə üzləşir. Qlisemik dəyişkənliyin azaldılması isə ümumi sağlamlığın yaxşılaşmasına və xroniki xəstəliklərin riskinin azalmasına kömək edə bilər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr