Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 2025-ci il üzrə yeni Dünya Ticarət Hesabatında süni intellektin qlobal iqtisadiyyatı yenidən formalaşdıra biləcəyini açıqlayıb. Təşkilatın proqnozlarına görə, 2040-cı ilə qədər ümumi mal və xidmət ticarəti 34% - 37%, qlobal ÜDM isə 12-13% arta bilər.Təşkilatın məlumatında deylir ki, ən sürətli genişlənmə rəqəmsal şəkildə çatdırılan xidmətlərdə, o cümlədən ÜTT modellərində təxminən 42% artan süni intellekt alətlərində gözlənilir.
Hesabatda vurğulanır ki, bu qazanclara zəmanət verilmir. Çox şey rəqəmsal infrastruktura investisiyalardan, bazarların açıqlığı və ölkələrin məlumat axını üçün qaydaları koordinasiya etmək bacarığından asılı olacaq.
Mətləb Salahov