AZ

Dua Lipa meneceriylə yollarını ayırdı

Dua Lipanın meneceri David Levy ilə yollarını ayırdığı iddia olunur.

Kulis.az xəbər verir ki, iddiaya görə, səbəb Levyin Fələstini dəstəkləyən rap qrupu "Kneecap"in "Glastonbury" festivalından çıxarılması üçün kampaniyaya qoşulmasıdır.

"Kneecap" isə festival proqramından çıxarılmayıb və planlaşdırıldığı kimi çıxış edib.

Dua Lipa uzun müddətdir Fələstini dəstəkləyən açıqlamaları və atəşkəs çağırışları ilə tanınır.

Müğənni hələ ki, meneceri ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, bundan başqa britaniyalı trip-hop qrupu "Massive Attack" da Levy ilə əməkdaşlığı dayandırıb.

Seçilən
2
2
kulis.az

3Mənbələr