AZ

Hindistanda güclü yağışlar nəticəsində ölənlər var

Hindistanın Kəlküttə şəhərinə leysan yağışları yağıb, bir neçə rayon su altında qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Telekanalın məlumatına görə, yağışların səbəb olduğu müxtəlif qəza və hadisələrdə ən azı 5 nəfər həlak olub.

Şəhərin cənub və mərkəzi hissələrində subasması nəqliyyatın hərəkətinə, həmçinin şəhərətrafı qatarların və metronun işinə mane olub. Bir neçə məktəbdə tətil elan edilib.

Hindistanın aparıcı aviaşirkətləri "Air India" və "IndiGo" sərnişinlərə reyslərdə gecikmələrin mümkünlüyü barədə məlumat veriblər.

Seçilən
33
4
ikisahil.az

4Mənbələr