AZ

Məcnun Məmmədov: Azərbaycan İtaliya Universitetində yeni fakültə fəaliyyətə başlayacaq

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Bu il Azərbaycan-İtaliya Universitetində heyvandarlıq fakültəsi fəaliyyətə başlayacaq".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə bildirib.

O qeyd edib ki, Azərbaycan-İtaliya Universiteti bir neçə il əvvəl yaradılıb və hazırda qida emalı, qida mühəndisliyi və kənd təsərrüfatı mühəndisliyi sahəsində təhsil verir:

"Bu il isə universitetdə heyvandarlıq fakültəsi fəaliyyətə başlayır. Bu yeni təşəbbüs Azərbaycanda kadr potensialının inkişafına böyük töhfə verəcək".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
oxu.az

3Mənbələr