AZ

Cərimələr və inzibati tədbirlər – Səhiyyə Nazirliyinin mütəxəssisi Sağlam Radio-da izah edir

“Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən müəssisələrdə yoxlama aparılıb və həmin müəssisədə nöqsanlar, sanitariya qayda pozuntuları aşkar olunarsa, inzibati xəta törədən şəxs və ya şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinə (İXM) uyğun olaraq inzibati tənbeh tədbirləri, yəni cərimə protokolu tərtib edilə bilər”.

Bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzin Baş direktorun Epidemioloji məsələlər üzrə müavini Samirə Nəcəfova “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində açıqlayıb.

Onun sözlərinə görə, epidemiyanın qarşısını almaq, sanitariya-gigiyena rejim üçün görülən tədbirlərə əməl olunmaması İXM-nin 211-ci maddəsi ilə, tibb və təhsil müəssisələrində sanitariya-gigiyena rejimin pozulmasına İXM-nin 216-cı maddəsi ilə, gözəllik salonlarında və ya bərbərxanalarda universal təhlükəsiz qaydaların pozulmasına İXM-nin 218-ci maddəsi ilə, İçməli suyun keyfiyyəti standartlara uyğun olmaması İXM-nin 265-ci maddəsi ilə, ictimai yerlərdə tütün üçün ayrılan yerlər düzgün təşkil olunmamamasına görə isə İXM-nin 212-ci maddəsi ilə inzibati tədbirlər görülür.

Musavat.com

Seçilən
3
1
musavat.com

2Mənbələr