Doğulub boya-başa çatdığımız torpaqlara, el-obamıza müsbət təəssüratlarla qayıdıram. Azərbaycanın hər tərəfi əziz olsa da, insanın doğulduğu yerdə yaşaması daha gözəldir. Məcburi köçkünlük dövrünü qonaq kimi yaşamışıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Laçın şəhərinə köçən keçmiş məcburi köçkün Halva Nəsirova söyləyib.
O deyib: "Bizimlə birlikdə məcburi köçkün kimi gələn, amma bu gün qayıtmayan insanlara Allah rəhmət eləsin".
H. Nəsirova 38 yaşından məcburi köçkün düşdüyünü, bu gün isə 71 yaşında geri qayıtdığını bildirib. O əlavə edib ki, Laçın şəhərinə övladları və nəvələri ilə qayıdır.