AZ

Nyu-Yorkda Şara-Rubio dialoqu: Gündəmdə sanksiyalar və təhlükəsizlik

Suriya prezidenti Əhməd Şəra və ABŞ dövlət katibi Marko Rubio Nyu-Yorkda keçirdikləri görüşdə ABŞ-ın Suriyaya qarşı sanksiyalarının ləğvi və Suriyada sabitliklə bağlı məsələlər də daxil olmaqla bir sıra ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Turkustan.az xəbər verir ki, Suriya prezidenti Əhməd Şəra və ABŞ dövlət katibi Marko Rubio Nyu-Yorkda keçirdikləri görüşdə ABŞ-ın Suriyaya qarşı sanksiyalarının ləğvi və Suriyada sabitliklə bağlı məsələlər də daxil olmaqla bir sıra ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Bəyanatda vurğulanıb ki, ABŞ-ın Suriyaya qarşı sanksiyalarının ləğvi Suriya üçün sabit və suveren ölkə qurmaq üçün bir fürsətdir.

Bəyanatda həmçinin qeyd olunub ki, “iki tərəf davam edən terrorla mübarizə səyləri, itkin düşmüş amerikalıların axtarışı və İsrail-Suriya əlaqələrinin daha böyük regional təhlükəsizliyin təmin edilməsində əhəmiyyəti barədə fikir mübadiləsi aparıb”.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
11
turkustan.az

1Mənbələr