AZ

Dembelenin ilk təəssüratları

style='margin-bottom:10px;'>

"Ağlamaq istəmirim, amma ailəmdən, mənimlə olan insanlardan danışmağa başlayanda emosiyalarımı saxlaya bilmədim. Göz yaşları mənim üçün gözlənilməz oldu".

QOL.az xəbər verir ki, bu sözləri ötən gecə "Qızıl top" mükafatını alan Usman Dembele ilkin təəssüratlarını bölüşərkən deyib.

PSJ-nin futbolçusu qeyd edib ki, "Qızıl top"u qazanmaq  əvvəldən şəxsi hədəfi olmayıb: "Aamma belə bir mükafat qazanmaq çox xüsusi bir andır. Bu mükafat həm də komanda işinin nəticəsidir. Bunu təkcə öz uğurum kimi qəbul etmirəm. Komanda yoldaşlarım, məşqçilərim, klub və azarkeşlər olmadan bunu qazanmaq mümken deyildi".

Dembele daha əvvəl oynadığı klublara” da - Dortmund "Borussiya"sı, "Renn" və "Barcelona"ya təşəkkür edib: "Orada öyrəndiyim şeylərin hazırkı uğurumda böyük rolu oldu".

Seçilən
9
1
teleqraf.com

2Mənbələr