AZ

Uğur Cahangirov: “İmişli”yə qarşı son oyunumuz bizi çox məyus etd”

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Baş məşqçimiz və məşqçilər heyəti vəziyyətdən çıxmaq üçün əllərindən gələni edirlər. Komanda daxilində vəziyyətin pis olduğunu deməzdim. Düzdür, bəzən məyus oluruq, amma bu futboldur, belə hallar olur. Biz də növbəti oyunlara köklənib hazırlaşırıq”.

İdman.biz xəbər verir ki, bunu futbolinfo.az saytına açıqlamasında “Karvan-Yevlax”ın futbolçusu Uğur Cahangirov deyib.

24 yaşlı yarımmüdafiəçi turnir cədvəlindəki mövqelərindən razı olmadıqlarını bildirib: “Təbii ki, turnir cədvəlindəki mövqeyimizdən heç razı deyilik. “İmişli”yə qarşı son oyunumuz bizi çox məyus etdi. Müdafiədə etdiyimiz ani boşluqların nəticəsində 0:3 hesabı ilə məğlub olduq. Növbəti oyunlarda bu səhvləri aradan qaldırmağa çalışacağıq”.

Cahangirov şəxsi çıxışına da toxunub: “Öz oyunumdan tam razı deyiləm. Komandama qol vurmaqla kömək etmək istəyirəm, amma hələlik buna nail ola bilməmişəm. Bu mövsüm hədəfim bacardığım qədər çox qol vurmaq və komandama faydalı olmaqdır. Bildiyiniz kimi, ev oyunlarımızı da səfərdə oynayırıq. “Karvan” azarkeşlərinin gücü isə hər kəsə məlumdur – bu dəstəyi ala bilməməyimiz də bizə təsir edir. Növbəti turda “Neftçi” ilə səfər oyunumuz var. İlk növbədə bu oyuna köklənmişik. Ora xal və ya xallar qazanmaq üçün gedəcəyik və inanıram ki, bunun öhdəsindən gələ bilərik”.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
icma.az

2Mənbələr