AZ

Aqasi Məmmədov: “MDB Oyunlarında iki heyətlə çıxış edəcəyik”

"Azərbaycan boksu bu yarışda qızıl medalsız qalmayacaq”.

Bu sözləri İdman.biz-ə açıqlamasında Azərbaycan boksunun canlı əfsanəsi, gənclərdən ibarət milli yığmanın baş məşqçisi Ağası Məmmədov deyib.

O, qarşıdakı MDB Oyunları ilə bağlı fikirlərini bölüşüb və Azərbaycanın turnirdə iki heyətlə təmsil olunacağını bildirib.

“MDB Oyunlarında bütün 13 çəki dərəcəsində iştirak edəcəyik. Ümumilikdə 26 boksçumuz rinqə çıxacaq ki, bu da medal şanslarımızı xeyli artırır. Lakin nəzərə almaq lazımdır ki, turnirə Rusiyadan başqa, Özbəkistan, Qazaxıstan, Türkiyə və digər güclü məktəblərdən idmançılar qatılacaq. Belə rəqabətdə uğur qazanmaq çətin olacaq. Amma əminəm ki, Azərbaycan boksu bu yarışda qızıl medalsız qalmayacaq”, - deyə baş məşqçi qeyd edib.

Xatırladaq ki, MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçiriləcək.

Vüqar Vüqarlı
İdman.biz

Seçilən
10
1
idman.biz

2Mənbələr