Bərdədə 6 yaşlı uşaq ölüb.
“Qafqazinfo” xəbər verir ki, ev şəraitində venadaxili inyeksiyadan sonra 2019-cu il təvəllüdlü Quliyeva Aylin Zaur qızının vəziyyəti pisləşib.
Bərdə Mərkəzi Xəstəxanasında həkimlərin müayinəsi zamanı uşağın öldüyü məlum olub.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanıb. Araşdırma aparılır.
"Cebheinfo.az"