AZ

"Gerd Müller" mükafatının sahibi bilindi

London "Arsenal"ının isveçli hücumçusu Viktor Dyökereş nüfuzlu "France Football" jurnalının "Gerd Müller kuboku"nu qazanıb. 

Fanat.Az xəbər verir ki, bu mükafat mövsümün sonunda klub və ölkə millisində vurduğu qollar nəzərə alınmaqla ən yaxşı bombardirə təqdim olunur. 

27 yaşlı ulduz futbolçu ötən mövsüm Portuqaliyanın "Sportinq" klubunda çıxış edib və bütün turnirlərdə 52 matçda 54 qol vurub. 

O, İsveç millisinin heyətində də 9 qol vurub.
 

Seçilən
16
1
fanat.az

2Mənbələr