AZ

Bu ölkə Rusiyadan bataqlıqlarla qorunacaq

Latviya Silahlı Qüvvələri Rusiya ilə sərhəddə bataqlıqların bərpası ideyasını dəstəkləyib. Bataqlıqlar Rusiya ilə sərhəddə təbii maneə rolunu oynayacaqlar.

Axar.az xəbər verir ki, bu barədə Latviya Milli Silahlı Qüvvələrinin məlumatında deyilir.

"Milli Silahlı Qüvvələr Latviyanın şərq sərhədində tarixi torf hasilatı sahələrinin bərpasını dəstəkləyir. Onların dirçəldilməsi şərq sərhədində təbii maneələr rolunu oynayaraq ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə əhəmiyyətli töhfə verə bilər. Buraya tarixən deqradasiyaya uğramış torf hasilatı sahələrində bataqlıqların, su hövzələrinin və meşələrin bərpası daxildir", - bəyanatda deyilir.

Onlar həmçinin qeyd ediblər ki, belə bir qərar sərhəd müdafiəsini gücləndirməklə yanaşı, maddi-texniki və kadr resurslarını da azaldacaq.

Seçilən
14
2
axar.az

3Mənbələr