Samuxda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü, 2005-ci il təvəllüdlü K.Qurbanzadə, sərnişinlər 2003-cü il təvəllüdlü M.Bağırov, 2007-ci il təvəllüdlü E.Hüseynzadə və 2004-cü il təvəllüdlü E.Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov