AZ

Fransa da rəsmən Fələstini dövlət kimi tanıdı

Fransa da rəsmən Fələstini dövlət kimi tanıdı

Fransa prezidenti Emmanuel Makron BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən Fələstin mövzusunda konfransda Parisin rəsmi şəkildə Fələstin dövlətini tanıdığını bəyan edib.

“Bu gün Fransa Fələstin dövlətini tanıyır”, – deyə Makron bildirib. O vurğulayıb ki, İsrailin Qəzzada hərbi əməliyyatlarını davam etdirməsinin heç bir izahı yoxdur və artıq müharibəni dayandırmağın vaxtıdır.

Fransa liderinin sözlərinə görə, bu qərar israillilər və fələstinlilər arasında danışıqların yolunu aça bilər: “Sülh üçün şans var. Biz hamımız sülh mexanizmini işə salmaq üçün çalışmalıyıq”.

Makron həmçinin bildirib ki, Fransa Qəzzada sabitləşmə üzrə beynəlxalq missiyada iştirak etməyə və Avropa tərəfdaşları ilə birlikdə Fələstin təhlükəsizlik qüvvələrinin hazırlanması və təchizatına dəstək verməyə hazırdır.

Seçilən
10
afn.az

1Mənbələr