Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Nyu-Yorkda 80-ci BMT Baş Assambleyasının çərçivəsində Almaniya Xarici İşlər naziri ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, o cümlədən tarixi Vaşinqton sammiti, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.