AZ

Gəncədə zəncirvari qəza - Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai", "Toyota Prius" və "LADA Niva" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (APA)


Seçilən
69
1
news24.az

10Mənbələr