1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin sabiq Prezidenti Co Bayden senator olduğu zaman onun köməkçisi kimi işləmiş Tara Rid Rusiya vətəndaşlığını qəbul edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin bununla bağlı müvafiq fərman imzalayıb.
Məlumata görə, 26 fevral 1964-cü ildə ABŞ-də anadan olan qadın 2020-ci ilin yazında Baydeni 1993-cü ildə baş vermiş cinsi təcavüzdə ittiham edib.
Bayden Ridin ittihamlarının həqiqətə uyğun olmadığını bildirib.