ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yubiley tədbirində teatrın direktoru Naidə İsmayılzadə çıxış edərək aktyoru yubiley münasibəti ilə təbrik edib, onun həyat və yaradıcılığından, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs edib.Gecədə Teatr Xadimlər İttifaqının sədr müavini İlham Namiq Kamal, Əməkdar artistlər Şövqi Hüseynov, Leyli Vəliyeva, Nofəl Vəliyev, Gülər Nəbiyeva, yazıçı Azad Qaradərəli çıxış edərək yubiliyarın teatr xidmətlərindən, fəaliyyətindən ətraflı söz açıblar.Daha sonra Kərəm Hadızadəyə Teatr Xadimlər İttifaqının fəxri diplomu təqdim olunub, aktyorun yubileyinə həsr olunan, Müşfiq Əliyevin quruluşunda hazırlanan "35 ildən sonra" tamaşası nümayiş etdirilib. Qeyd edək ki, birhissəli səhnə əsəri ömrünün qürub çağını yaşayan aktyorun həyatından bəhs edir. Uzun illərdən sonra yeganə qızı ilə qarşılaşan ata onun varlığından həyəcanlanır, həm də xoşbəxt olur. Müəllif ata və qız münasibətlərinin fonunda ailənin, doğma əlaqələrin qorunmasının vacib olduğunu təqdim edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.