AZ

Ərdoğandan görüş öncəsi Trampa kritik çağırış: Onlardan təcili xilas olmaq lazımdır

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyasında iştirak etmək üçün səfərdə olduğu Nyu Yorkda Türk-Amerika İş Şurası (TAİK) tərəfindən təşkil olunan “Türk İnvestisiya Konfransı”nda çıxış edib.

Globalinfo.az xəbər verir ki, görüşdən əvvəl ABŞ Prezidenti Donald Trampa müraciət edən Ərdoğan bir sıra prioritet sahələrə toxunub.

“Müdafiə sənayesi sahəsində əməkdaşlığımız müttəfiqlik ruhuna uyğun olaraq ən qısa müddətdə maneələrdən və məhdudiyyətlərdən azad edilməlidir”.

Ərdoğan çıxışında ABŞ-la ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsinə yönəlmiş səyləri yüksək qiymətləndirib. O, qlobal iqtisadiyyatda son dövrdə baş verən tədarük zənciri pozuntuları, proteksionist tədbirlər və siyasi gərginliklərin iqtisadiyyatlara təsirinə diqqət çəkib.

“Ən həssas olduğumuz mövzulardan biri qarşılıqlı gömrük rüsumlarıdır. ABŞ ilə enerji və müdafiə sənayesi əməkdaşlığını prioritet sahələr kimi görürük və ikitərəfli mexanizmlərdən səmərəli istifadə etməyə hazırıq. Bu sahədəki rüsumlardan tez bir zamanda xilas olmalıyıq”, – deyə Türkiyə lideri qeyd edib.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
globalinfo.az

1Mənbələr