AZ

Türkiyəyə səfər edən xarici turistlərin sayı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ölkəyə gələn xarici ziyarətçilərin sayının avqust ayında illik müqayisədə 2 faiz artdığını açıqlayıb.

Banco.azxəbər verir ki, bu ilin yanvar–avqust dövründə isə Türkiyəni ümumilikdə 40 milyon 470 min 270 nəfər ziyarət edib. Onların 35 milyon 481 min 223-ü xarici turistlərdən, 4 milyon 989 min 47-si isə xaricdə yaşayan Türkiyə vətəndaşlarından ibarət olub.

Rusiya və Almaniya ilk sırada yer alıb

Avqust ayında Türkiyəyə ən çox turist göndərən ölkələr sırasında Rusiya Federasiyası 990 min 709 nəfərlə birinci yerdə qərarlaşıb. Rusiyanı 989 min 839 turistlə Almaniya, 638 min 937 turistlə Böyük Britaniya izləyib. Böyük Britaniyadan sonra isə İran və Polşa gəlir.

İlin ilk səkkiz aylıq dövründə də oxşar mənzərə müşahidə olunub. 4 milyon 554 min 395 turistlə Rusiya Federasiyası Türkiyəyə ən çox qonaq göndərən ölkə olub. Onu 4 milyon 400 min 592 turistlə Almaniya, 3 milyon 2 min 928 turistlə Böyük Britaniya izləyib. Böyük Britaniyadan sonra isə İran və Bolqarıstan qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
20
1
banco.az

2Mənbələr