Yaponiyanın bəzi şəhərlərində rəqəmsal cihazlardan istifadəyə məhdudiyyətlər tətbiq edən sərəncam təsdiqlənib.
News24.az xəbər verir ki, işdən və məktəbdən kənar vaxtlarda smartfon və oyun konsollarından istifadənin gündə 2 saatla məhdudlaşdırılması tövsiyə olunur.
Belə ki, ibtidai sinif şagirdləri üçün 21:00-dan sonra smartfon istifadəsi qadağan ediləcək. Orta məktəb və yuxarı yaş qrupları üçün isə limit 22:00-dan sonra tətbiq olunur.
Məlumata görə, qaydaların evdə tətbiqi valideynlərin öhdəsinə buraxılır, həmçinin bələdiyyə onlara məsləhət xidməti göstərməyi planlaşdırır.
Aqil Qarayev